"Kristal"ın "City Garden Narimanov" premium yaşayış kompleksi sizə 36 ayadək faizsiz, komissiyasız daxili kredit və ya 20 illik ipoteka kredit şərtləri ilə mənzil sahibi olmaq imkanı yaradır.
Metronun "N.Nərimanov" stansiyasına qısa məsafədə yerləşən premium layihə şəhər mərkəzinə yaxın yerləşsə də, sakinlərə sakit və yaşıl bir mühit təqdim edir. 17,3 hektarlıq geniş və yaşıl həyəti, basketbol, futbol və tennis meydançaları, açıq hava kinoteatrları, ticarət və əyləncə mərkəzləri burada sizə rahat və aktiv həyat tərzi vəd edir.
Beynəlxalq mükafata layiq görülən "City Garden Narimanov"da mənzillər yüksək keyfiyyətli materiallarla premium təmirli şəkildə təqdim olunur:
✔ Alman istehsalı Grohe hamam aksesuarları;
✔ İtaliya istehsalı Gewiss elektrik açarları və Prysmian yanmayan kabelləri;
✔ Amerika istehsalı Guardian Glass pəncərə şüşələri və İmmergas kombi sistemi.
Təhlükəsizlik və komfortun ön planda tutulduğu premium mənzillər yüksək səviyyəli səs və istilik izolyasiyası ilə təmin olunub - qışda isti, yayda isə sərin mühit sizi gözləyir! Kompleksin 24/7 kamera nəzarət sistemi və ağıllı ev texnologiyaları ilə təchiz olunmuş mənzilləri, sizə müasir həyatın üstünlüklərini təqdim edir.
Kompleksdə yalnız lüks və rahatlıq deyil, həm də ekoloji məsuliyyət prinsipləri ön planda tutulur. Kompleks günəş panelləri, tullantıların çeşidlənməsi, yağış sularının toplanması kimi ekoloji həllərə əsaslanaraq inşa edilir.
Tezliklə təhvil veriləcək premium mənzillər sizin üçün əlverişli şərtlərlə təklif olunur. Faizsiz kreditlə premium mənzil sahibi olmaq istəyənlər üçün bu, əsl fürsətdir!
Mənzillərlə yerində tanış olmaq, nümunə mənzillərə baxmaq və sizi maraqlandıran suallarınıza cavab tapmaq üçün satış ofisinə yaxınlaşın!
Bu fürsəti qaçırmayın - premium həyat artıq əlçatandır!
Ətraflı: *1544 və ya 050 293 10 10
Ünvan: Nərimanov rayonu, İslam Abışov küçəsi
“Park Yasamal”da dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb - “Kristal!”
“Kristal”ın Yasamal rayonunda yerləşən “Park Yasamal” yaşayış kompleksində dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb. Mənzillər alıcılara aşağı faiz dərəcəsi, uzunmüddətli ödəniş imkanları və tam təmirli şəkildə təqdim olunması ilə diqqət çəkir.
"Kristal" və "Landau Education Group" arasında əməkdaşlıq memorandumu imzalanıb!
"Kristal" və "Landau Education Group" arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında təhsil və infrastruktur sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanda müasir təhsil infrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.
Nərimanovda premium təmirli mənzillər 36 ayadək faizsiz, daxili kredit imkanı ilə satışda - "Kristal!"
Əlverişli yerləşmə, təməldən və ya təhvilə yaxın mənzillər, sərfəli ödəniş şərtləri ilə "City Garden Narimanov" premium yaşamla yanaşı ağıllı investisiya fürsəti təqdim edir.