Loading...

27 Mar 2026

"Kristal" və "Landau Education Group" arasında əməkdaşlıq memorandumu imzalanıb!

"Kristal""Landau Education Group" arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında təhsil və infrastruktur sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanda müasir təhsil infrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.

Razılaşmaya əsasən, "Kristal" layihələri çərçivəsində təhsil infrastrukturu daha da gücləndirilir və müxtəlif yaşayış komplekslərində yeni məktəb korpusları istifadəyə veriləcək.

https://www.youtube.com/shorts/PfcZB9f-9o8

"City Garden Narimanov" layihəsində LANDAU School-un yeni "City Garden Narimanov" korpusu fəaliyyətə başlayacaq. Yeni tədris korpusunun 2026-cı ilin sentyabr ayından etibarən şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. Müasir tədris prinsiplərinə uyğun şəkildə hazırlanan məktəbdə şagirdlərin akademik və sosial inkişafını dəstəkləyən geniş imkanlar yaradılıb. Buraya 50 kv.m sahəyə malik sinif otaqları, geniş ümumi istifadə zonaları, 250 nəfərlik akt zalı, böyük idman zalı, açıq hava oyun sahəsi və ən son STEAM otağı daxildir. Korpusda məktəbəqədər hazırlıq, Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris həyata keçiriləcək.

Eyni zamanda, "Park Yasamal" layihəsində SİMURQ Liseyi by LANDAU daha əlçatan qiymətlərlə yeni "Park Yasamal" korpusunu təqdim edir. Korpus 2026/2027 tədris ilindən etibarən fəaliyyətə başlayacaq. Yeni tədris məkanında geniş sinif otaqları, oyun zonası, iclas otağı, kitabxana, idman və akt zalları, həmçinin şagirdlərin hərtərəfli inkişafına yönəlmiş müasir imkanlar təqdim olunacaq. Korpusda məktəbəqədər hazırlıq, eləcə də Azərbaycan, rus və ingilis bölmələri üzrə siniflər fəaliyyət göstərəcək. Təhsil haqqına gündə iki dəfə qidalanma – nahar və qəlyanaltı daxildir.

Layihə sakinlərin rahatlığını da ön planda tutur. Məktəblərin yaşayış komplekslərinin daxilində yerləşməsi yol xərclərini və nəqliyyata ehtiyacı azaldır, eyni zamanda ətraf mühitə təsirin minimuma endirilməsinə kömək edir. Bu imkan sayəsində "Kristal" sakinləri övladları üçün rahat və əlçatan təhsil mühitinə sahib olurlar.

Ətraflı: *1544

kristal.az

Mənzil arzusunda olanlar üçün əla təklif - Metroya yaxın, 2 otaq studiya mənzillər satışa çıxdı

Mənzil arzusunda olanlar üçün əla təklif - Metroya yaxın, 2 otaq studiya mənzillər satışa çıxdı

Mənzil sahibi olmaq istəyənlər üçün gözlənilən fürsət!

"Kristal"ın Nəsimidə inşa etdiyi prestijli layihə – "Royal Residence"

"Kristal"ın Nəsimidə inşa etdiyi prestijli layihə – "Royal Residence"

"Kristal"ın premium "Royal Residence" layihəsində təmirə hazır mənzillərin satışı elan olunub! "Kristal"ın paytaxtın prestijli ərazilərindən biri olan Nəsimi rayonunda həyata keçirdiyi "Royal Residence" layihəsi müasir şəhər həyatına yeni baxış gətirir. Komfort, təhlükəsizlik və memarlıq estetikasını bir araya gətirən layihə sakinlərinə şəhərin mərkəzində yüksək həyat standartları təqdim edir.

Hazır mənzil, yoxsa tikintisi davam edən bina? Yasamalda hər iki seçim üçün mənzil imkanları var

Hazır mənzil, yoxsa tikintisi davam edən bina? Yasamalda hər iki seçim üçün mənzil imkanları var

Yasamalda mənzil axtararkən seçim yalnız ərazi ilə məhdudlaşmır. Hazır mənzilə köçmək istəyirsən, yoxsa tikintisi davam edən layihədən seçim etmək? Daha geniş sahə, studiya planı, şəxsi bağça və ya terras sənin üçün daha önəmlidir? Doğru mənzili seçmək üçün bütün bu imkanları bir yerdə müqayisə etmək vacibdir.

icon