"Kristal" tərəfindən "Avtovağzal" metro stansiyası yaxınlığında inşa edilən "Biləcəri" yaşayış kompleksində tam təmirli təhvil veriləcək yeni mənzillər satışa çıxdı! Şirkət mənzil sahibi olmaq istəyən hər kəs üçün əlçatan şərtlər və sərfəli qiymətlər təqdim edir.
Ən əsası isə mənzilləri cəmi 30% ilkin ödəniş və 36 ayadək tam faizsiz, daxili kreditlə əldə etmək imkanınızın olmasıdır. Uzunmüddətli kreditlə mənzil almaq istəyənlər üçün isə 20 ilədək ipoteka imkanları da mövcuddur.
54,24 kv.m sahəli, tam təmirli, 2 otaq studiya mənzil üçün:
· 30% ilkin ödəniş və 10 illik ipoteka ilə aylıq 1177 AZN və ya;
· 30% ilkin ödəniş və 36 ay faizsiz daxili kreditlə aylıq 2373 AZN
ödəniş etmək kifayətdir.
Əlverişli yerləşmə, şəhərə asan çıxış
Biləcəridə yerləşən bu müasir yaşayış kompleksi əsas nəqliyyat qovşaqlarına yaxınlığı ilə seçilir. Kompleks metronun "Avtovağzal" stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir ki, bu da sakinlərə şəhərə asan və sürətli çıxış imkanı yaradır.
Tam təmirli mənzillər
Kompleksdə mənzillər tam təmirli şəkildə təhvil veriləcək. Bütün mənzillər səs və istilik izolyasiyası ilə təmin olunur, həmçinin bütün təmir və tikinti materialları beynəlxalq standartlara uyğun Avropa brendlərindən seçilir. Burada təmirə əlavə vaxt və vəsait xərcləmədən, yeni evinizə köçmək imkanına malik olacaqsınız.
Kompleks həyat, kompleks imkanlar
Sakinlərin rahatlığı üçün kompleksin yaxınlığında uşaq bağçası, məktəb, iaşə obyektləri, fitnes sahəsi, idman və oyun meydançaları, geniş yaşıllıq zonaları mövcuddur. Bundan əlavə, yeraltı parkinq, 24/7 mühafizə və kamera-nəzarət sistemi sayəsində sakinlərin təhlükəsizliyi tam şəkildə təmin ediləcək.
Sərfəli şərtlərlə yeni mənzilinizə sahib olun
Yeni mənziliniz həm sərfəli şərtlərlə olsun, həm də müasir həyat standartlarına cavab versin istəyirsinizsə, "Biləcəri" yaşayış kompleksinə gəlin!
Ətraflı məlumat və mənzil seçimi üçün *1544-ə zəng edin və ya satış ofisimizə yaxınlaşın!
Ətraflı: *1544
Ünvan: Biləcəri Qəsəbəsi, X.Natəvan küç 52C
kristal.az
"City Garden Narimanov"da premium mənzillər 20 ilədək ipoteka imkanı ilə - "Kristal"
"Kristal”ın premium yaşayış konsepsiyasını yeni səviyyəyə daşıyan "City Garden Narimanov” layihəsi Bakının mərkəzində yerləşən unikal yaşayış kompleksidir. 17 hektardan artıq geniş yaşıllıq zonası, müasir memarlıq həlləri, zəngin infrastruktur və tam təmirli mənzilləri ilə layihə şəhər həyatının ritmini yüksək komfort və premium yaşam tərzi ilə bir araya gətirir.
"Kristal" və "GEWISS" arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb!
"Kristal" şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı olan GEWISS arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi qiymətləndirilir.
Yasamalda hazır, təmirli mənzillər, sərfəli ipoteka ilə - "Kristal!"
İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər!