Loading...

15 Dec 2025

"Kristal" və İtaliyanın "Zambaiti Parati" brendi əməkdaşlığı yeni mərhələyə daşıyan memorandum imzalayıb!

Memorandum "Zambaiti Parati" şirkətinin Group CEO-su Davide Zambaiti və Kristalın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən imzalanıb.

Sənəd iki qurum arasında uzun müddətdir davam edən qarşılıqlı əməkdaşlığı rəsmi şəkildə təsdiqləyir.

"Zambaiti Parati" beynəlxalq bazarda yüksək keyfiyyətli, İtaliya istehsalı divar kağızlarının istehsalında qabaqcıl və premium brend kimi tanınır. Şirkət illərdir texnologiya, dizayn və material keyfiyyəti sahəsində liderlərdən biri olaraq seçilir. Yeni razılaşma çərçivəsində "Zambaiti Parati" məhsulları Kristalın bir sıra layihələrində - "City Garden Narimanov", "Park Yasamal", "Highland Residence""Biləcəri" komplekslərində istifadə olunacaq.

Memorandum hazırda tikinti mərhələsində olan layihələri əhatə edir və əsasən mənzillərin və ümumi sahələrin tamamlanma mərhələsində tətbiq olunan interyer dekorasiyasına yönəlib. Razılaşma çərçivəsində Kristal zal, yataq otaqları və ümumi istifadə zonalarının dizaynında "Zambaiti Parati"nin divar kağızlarını istifadə edəcək.

"Kristal""Zambaiti Parati" əməkdaşlığını gələcəkdə daha geniş çərçivədə davam etdirməyi planlaşdırır.

Ətraflı: *1544

kristal.az

15%-dən başlayan ilkin ödənişlə Biləcəridə tam təmirli mənzil fürsəti - "Kristal!"

15%-dən başlayan ilkin ödənişlə Biləcəridə tam təmirli mənzil fürsəti - "Kristal!"

"Kristal"ın metroya yaxınlığı, tam təmirli mənzilləri və sərfəli satış şərtləri ilə seçilən "Biləcəri" layihəsi alıcılara həm rahatlıq, həm də əlçatanlıq təklif edir.

"Kristal" və "GEWISS" arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb!

"Kristal" və "GEWISS" arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb!

"Kristal" şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı olan GEWISS arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi qiymətləndirilir.

Yasamalda tam təmirli mənzillər cəmi 18 165 manatdan başlayan ilkin ödənişlə - "Kristal!"

Yasamalda tam təmirli mənzillər cəmi 18 165 manatdan başlayan ilkin ödənişlə - "Kristal!"

“Kristal”ın “Park Yasamal” layihəsində mənzil satışları 15%-dən başlayan ilkin ödənişlə davam edir.

icon