"Kristal" və "HARO" şirkəti arasında memorandum imzalanıb.
Tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən "Kristal" ilə Almaniyanın premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan "HARO" arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Görüş çərçivəsində tərəflər arasında "Kristal"ın şəhər layihələrinin laminat və parket alışlarını əhatə edən razılaşma əldə olunub. Memorandum "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "HARO" şirkətinin İcraçı direktoru Gerold Schmidt tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, əməkdaşlıq hazırda "təmiri davam edən" mərhələdə olan layihələri əhatə edir. Çərçivə sazişi üzrə alınacaq premium laminat və parket məhsulları "Kristal"ın "City Garden Narimanov", "Park Yasamal" və "Highland Residence" layihələrində tətbiq olunacaq. "HARO"dan alınacaq premium laminat və parket məhsulları mənzillərin döşəmə örtüklərində tətbiq olunacaq və layihələrdə keyfiyyət standartlarının daha da yüksəldilməsinə xidmət edəcək.
Bu əməkdaşlıq tikinti materiallarının təchizatında davamlı və sistemli yanaşmanın formalaşdırılmasına, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğun məhsulların yerli layihələrdə istifadəsinə şərait yaradacaq.
Şirkət haqqında
"HARO" Almaniyada fəaliyyət göstərən və uzunillik təcrübəyə malik döşəmə örtükləri istehsalçısıdır. Şirkət premium laminat və parket məhsullarının istehsalı üzrə ixtisaslaşmaqla yanaşı, Almaniyanın TOP parket və laminat istehsalçılardan biri olaraq, məhsulları bir sıra ölkələrdə geniş tətbiq olunur. Keyfiyyət, davamlılıq və müasir dizayn həlləri şirkətin əsas prioritetləri sırasında yer alır.
İmzalanmış memorandum tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur və "Kristal"ın həyata keçirdiyi layihələrdə beynəlxalq istehsalçı məhsullarının istifadəsini nəzərdə tutur.
Yaşayışa hazır mənzil axtaranlara əla təklif: Nərimanovda 4 otaqlı mənzillər satışdadır - "Kristal!"
"Kristal"ın "City Garden Narimanov" layihəsində artıq yaşayışa hazır, premium mənzillərin satışına start verilib.
"Park Yasamal"da yeni satış şərtləri: faiz yoxdur, aylıq öhdəlik yoxdur - "Kristal!"
"Kristal"dan Yasamalda mənzil almaq istəyən, amma faiz və kredit yükü istəməyənlərə real fürsət!
"Nərimanov" metrosuna yaxın mənzil almaq istəyənlər üçün: "City Garden Narimanov"da satışlar davam edir - "Kristal!"
Daşınmaz əmlakda düzgün seçim illərlə qazandırır. Nərimanovun prestijli nöqtəsində yerləşən "City Garden Narimanov" bu baxımdan ən çox tələb görən layihələrdən biridir.