"Kristal" sizə Bakı şəhərinin əlverişli nöqtələrindən birində, Yasamal rayonunda yerləşən "Park Yasamal"da faizsiz, komissiyasız, daxili kreditlə tam təmirli mənzillərə sahib olmaq imkanı yaradır.
Əlverişli və rahat yerləşmə
3 saylı Bakı "ASAN xidmət" mərkəzi və "Bayraq" parkı yaxınlığında inşa olunan kompleks əlverişli nəqliyyat infrastrukturu ilə şəhərin istənilən nöqtəsinə asan və sürətli çıxışı təmin edir. Üstəlik, "Kaktus" restoranından Yasamal gölü istiqamətində salınan yeni yol kompleksin yerləşdiyi ərazini daha da əlverişli edəcək.
Geniş yaşıllıqlar əhatəsində yaşayın
Böyük bir yaşayış kompleksinin davamı olaraq inşa edilən "Park Yasamal" 4 hektar ekoloji təmiz ərazidə salınır. Həmçinin, 5 hektar ərazini əhatə edən "Şamlıq" parkı, 32 hektarlıq Yasamal gölü ətrafı bulvar ərazi, velosiped yolları, yürüş və qaçış zolaqları da sakinlərin istifadəsinə veriləcək.
Komfort və keyfiyyət bir arada
Bu layihədə hər mənzilə 1 qapalı avtodayanacaq təqdim olunur ki, bu da sakinlərin parkinq problemlərini tamamilə aradan qaldırır. Sakinlər üçün mənzilin daxili rahatlığını prioritet hesab edən "Kristal" bütün mənzilləri beynəlxalq standartlara uyğun Avropa brendləri ilə tam təmirli şəkildə təhvil verir. Tətbiq olunan səs və istilik izolyasiyası isə mənzillərin qışda isti, yayda sərin qalmasını təmin edir.
"Park Yasamal"da bütün mənzillər istifadəsi əlverişsiz və faydasız sahələr olmadan, hər kvadratmetri funksional inşa edilir. Bu yanaşma, sakinlərə hər kvadratmetrdən maksimum istifadə etməyə şərait yaradrır.
Mənzil sahibi olmaq üçün ideal şərtlər
Siz də əlverişli ödəniş şərtləri ilə geniş imkanlara malik kompleksdə mənzil sahibi olmaq istəyirsinizsə, "Park Yasamal" layihəsi tam sizin üçündür!
Bayram günlərində də "Park Yasamal" satış ofisi fəaliyyətdədir! Satış ofisinə yaxınlaşaraq 36 ayadək faizsiz, komissiyasız, daxili kredit və ya 20 illik ipoteka imkanı ilə tam təmirli mənzil sahibi ola bilərsiniz.
Ətraflı: *1544
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!
Bayram günlərini yalnız istirahət deyil, həm də gələcəyin üçün doğru seçim etmək fürsətinə çevir. “Kristal”ın bütün satış ofisləri bayram günlərində də fəaliyyətini davam etdirərək müştərilərinə geniş layihə seçimi, sərfəli satış şərtləri və peşəkar xidmət təqdim edir.
Təmirində qlobal markalar istifadə edilən mənzillər “Kristal”da!
Təmirində qlobal markalar istifadə edilən mənzillər “Kristal”da!
"City Garden Narimanov"da premium mənzillər 36 ayadək faizsiz kredit və 20 ilədək ipoteka imkanı ilə - "Kristal!"
“Kristal”ın həyata keçirdiyi “City Garden Narimanov” layihəsi Bakıda premium yaşayış konsepsiyasını müasir şəhərsalma yanaşması ilə birləşdirən ən iri yaşayış komplekslərindən biridir. Şəhərin coğrafi mərkəzində, “Nəriman Nərimanov” metro stansiyasına bir neçə dəqiqəlik məsafədə yerləşən layihə 17,3 hektar yaşıllıq ərazini əhatə edir və sakinlərə komfortlu, təhlükəsiz və funksional yaşayış mühiti təqdim edir.