Loading...

15 Apr 2026

"City Garden Narimanov"da hazır mənzillər satışda - "Kristal!"

Yeni ev üçün uzun müddət gözləmək istəməyənlər, mənzilini alıb dərhal köçmək istəyənlər üçün "Kristal"dan yaxşı xəbər var!

"N.Nərimanov" metro stansiyasına qısa məsafədə yerləşən "City Garden Narimanov"da 58,84 m²-dən 169,74 m²-ə qədər, 2, 3, 4 otaq və studiya mənzillər artıq hazırdır. Xüsusilə yeni ailə qurmaq istəyənlər, kirayədən çıxmaq istəyənlər və ya investisiya edib dərhal qazanc əldə etməyi planlayanlar üçün hazır mənzillər ən rahat və risksiz seçimdir.

https://youtu.be/S9NTTPLp_ow

Bununla yanaşı, layihədə tikintisi davam edən mənzillər də təqdim olunur. Bu mənzillər isə 59,65 m²-dən 108,77 m²-ə qədər, 2 və 3 otaq, eləcə də studiya tiplidir. Bu mənzillər daha sərfəli qiymətə ev sahibi olmaq imkanı ilə yanaşı, gələcəkdə dəyər artımı baxımından da yaxşı investisiya hesab olunur.

Hazır mənzillər üçün ilkin ödəniş 30%, tikintisi davam edən mənzillər üçün isə 20% olmaqla, 20 ilədək ipoteka imkanı təqdim olunur. Bundan əlavə, 30% ilkin ödənişlə 36 ayadək daxili kreditdən də yararlana bilərsiniz.

Təmir zamanı istifadə olunan materiallar isə layihənin premium səviyyəsini açıq şəkildə göstərir: Almaniyanın "HARO" parketləri, İtaliyanın "GEWISS" elektrik açarları, yanmayan "Prysmian" kabelləri, divarlarda "Zambaiti Parati" divar kağızları, hamam aksesuarlarında "GROHE", ümumi və sanitar sahələrdə isə "Infinity" keramoqranitləri.

17,4 hektarlıq geniş və yaşıllıqla zəngin ərazidə yerləşən meqa layihədə sakinlərin rahatlığı üçün hər detal düşünülüb. Səs və istilik izolyasiyası, mərkəzi istilik sistemi, yaxın zamanda açılacaq mall və fitness zonası, həmçinin layihə daxilində fəaliyyət göstərəcək LANDAU School gündəlik həyatı daha komfortlu edir.

Əgər sən də vaxt itirmədən yeni evinə köçmək istəyirsənsə, qərarı çox gecikdirmədən layihənin satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərsən.

"City Garden Narimanov"da yeni həyat artıq hazırdır!

Ətraflı: *1544 və ya 050 293 10 10

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

kristal.az

“Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə

“Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə

“Kristal”ın şəhərin ən perspektivli ərazilərindən birində reallaşdırdığı prestijli “Highland Residence” layihəsindən mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsət var. Tikintisinin əsas hissəsi artıq tamamlanmış yaşayış kompleksində dəniz və 43 hektarlıq “Gənclik” parkına açılan mənzərəyə malik mənzillər sərfəli ipoteka şərtləri ilə satışa çıxarılıb.

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

Böyük şəhərlərdə yaşayış rahatlığını müəyyən edən əsas amillərdən biri də mənzilin rahatlığı ilə yanaşı, onun ətraf mühitidir. Son dövrlərdə uşaqların oynaya biləcəyi, ailənin dincələ biləcəyi, təbiətə yaxın, təhlükəsiz və funksional həyət mühiti insanların ən böyük istəklərindən birinə çevrilib.

“Kristal” WUF13 beynəlxalq forumunda iştirak edib

“Kristal” WUF13 beynəlxalq forumunda iştirak edib

"Kristal" WUF13 beynəlxalq forumunda dayanıqlı şəhər inkişafı konsepsiyasını təqdim edib.

icon