"Kristal" WUF13 beynəlxalq forumunda dayanıqlı şəhər inkişafı konsepsiyasını təqdim edib.
Tikinti və daşınmaz əmlak sektorunda keyfiyyətli və innovativ layihələri ilə tanınan "Kristal" Bakıda keçirilən World Urban Forum 13 (WUF13) beynəlxalq forumunda iştirak edib. Şirkət xüsusi stendi ilə çıxış edərək paytaxtın müxtəlif ərazilərindəki yaşayış komplekslərini, müasir şəhərsalma yanaşmalarını və premium yaşayış konsepsiyalarını nümayiş etdirib.
https://youtube.com/shorts/B0hlPLx-55A?feature=share
Stendin mərkəzini "City Garden Narimanov" layihəsinin maketi təşkil edib. Ümumi ərazisi 21 hektar olan bu kompleksin 17,3 hektarı — yəni ərazinin böyük əksəriyyəti — yaşıllıqla əhatələnilib. "City Garden Narimanov" sakinlərinin gündəlik ehtiyaclarının əksəriyyətini kompleks daxilindən ödəyəcək şəkildə planlaşdırılıb. Məktəb, uşaq baxçası, ticarət mərkəzi, iaşə obyektləri, klinika və fitness mərkəzi kimi infrastrukturları özündə birləşdirən kompleks sakinlərinin nəqliyyatdan istifadəsini minimuma endirməyi hədəfləyir — bu da şəhər mühitinə ekoloji töhfənin ayrılmaz hissəsidir.
Layihə, dayanıqlı inkişaf məqsədlərini əsas götürən yanaşması ilə diqqət çəkib: binalarda günəş panelləri quraşdırılır, yağış suları toplanaraq suvarma məqsədilə istifadə olunur, istilik və soyutma xərclərini minimuma endirmək üçün keyfiyyətli izolyasiya sistemləri tətbiq edilir.
Ümumilikdə “Kristal” ekologiya amilini bütün layihələrinin əsasına qoyduğunu vurğulayır: istifadə olunan materialların seçimindən tutmuş yaşıllıq sahələrinin salınmasına qədər hər addımda ətraf mühitin qorunması meyarları nəzərə alınır. "Kristal" WUF13-dəki iştirakı ilə dayanıqlı şəhər inkişafına verdiyi önəmi bir daha nümayiş etdirib və gələcəkdə də innovativ, ekoloji cəhətdən məsuliyyətli layihələrlə şəhər mühitinin inkişafına töhfə verəcəyini bildirib.
Forum çərçivəsində "Kristal" nümayəndələri müxtəlif ölkələrdən gələn iştirakçılar, investorlar və beynəlxalq təşkilat nümayəndələri ilə görüşlər keçirib, şəhərsalma və daşınmaz əmlak sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
36 ayadək faizsiz, daxili kreditlə "City Garden Narimanov"da premium mənzil sahibi olun - "Kristal!"
Rahatlıq, keyfiyyət və premium yaşayış standartlarını bir araya gətirən "City Garden Narimanov" layihəsi hazırda mənzilləri faizsiz daxili kreditlə təklif edir. Kompleksdə hazırda faizsiz daxili kreditlə mənzil satışları davam edir, bu da alıcılara həm əlçatan şərtlərlə, həm də dəyəri daim artan layihədə investisiya etmək imkanı yaradır.
Ayda 965 AZN ödəməklə "Biləcəri" layihəsində öz mənziliniz olsun - "Kristal!"
"Kristal"ın Biləcəridə inşa etdiyi müasir və funksional yaşayış kompleksi həm əlverişli yerləşməsi, həm də sərfəli satış şərtləri ilə diqqət çəkir.
“Park Yasamal”da dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb - “Kristal!”
“Kristal”ın Yasamal rayonunda yerləşən “Park Yasamal” yaşayış kompleksində dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb. Mənzillər alıcılara aşağı faiz dərəcəsi, uzunmüddətli ödəniş imkanları və tam təmirli şəkildə təqdim olunması ilə diqqət çəkir.