Loading...

09 Oct 2026

Yasamalda mənzil almaq istəyənlər üçün yeni imkanlar: kredit illik 8%-dən başlayır

Yasamalda mənzil almaq üçün hansı imkanlar var? Park Yasamal-da yeni satış şərtləri

Yasamalda mənzil almağı planlaşdırırsansa, sənə uyğun ödəniş şərtlərini tapmaq seçimində əsas rol oynaya bilər. Bəs bu ərazidə mənzili kreditlə, ipoteka ilə və ya hissəli alışla mərhələli almaq mümkündürmü? Park Yasamal yaşayış kompleksində həm hazır, həm də tikintisi davam edən binalarda mənzil seçimləri və fərqli ödəniş imkanları təklif olunur.

Tikintisi davam edən mənzilləri kreditlə almaq istəyənlər üçün illik 8%-dən başlayan yeni şərtlər qüvvədədir. 36 ayadək kreditlərdə illik faiz 8%, daha uzun müddətlərdə isə 9% və 10% təşkil edir. Bundan əlavə, mənzili 20 ilədək ipoteka ilə əldə etmək mümkündür. Bu seçimlər ödəniş müddətini öz büdcənə və planlarına uyğun müəyyənləşdirməyə imkan verir.

Mənzilə mərhələli şəkildə sahib olmaq istəyənlər üçün isə “Evini hissə-hissə al” modeli mövcuddur. Bu modeldə mənzilin sahəsini kvadrat-kvadrat, faizsiz və aylıq öhdəliksiz əldə edə bilərsən. Üstəlik, daşınmaz əmlakın dəyərinin zamanla artması bu seçimi gələcəyə yönəlmiş investisiya baxımından da maraqlı edir.

Park Yasamal-da 2 otaq studiyadan 4 otağa qədər mənzillər, eləcə də bağça və terraslı seçimlər var. Mənzillər premium təmirli şəkildə təhvil verilir. Təmir zamanı Almaniyanın “HARO” və “GROHE”, İtaliyanın “GEWISS”, “Prysmian” və “Infinity”, eləcə də “Zambaiti Parati” brendlərinin məhsullarından istifadə olunur. Beləliklə, əlavə təmir işlərinə vaxt ayırmadan, hazır yaşayış üçün nəzərdə tutulmuş mənzil seçə bilərsən.

Kompleksdə geniş yaşıl park, göl ətrafında istirahət zonaları, futbol meydançası, özəl uşaq bağçası və təhlükəsiz avtodayanacaq mövcuddur. 24/7 kamera-nəzarət sistemi sakinlərin təhlükəsizliyini təmin etməyə yönəlib. Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşməsi isə şəhərə rahat çıxış imkanı yaradır.

Park Yasamal-da sənə uyğun mənzili və satış şərtlərini öyrənmək üçün satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.

Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi

Ətraflı: *1544

kristal.az

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Bina evində şəxsi bağçalı mənzil almaq mümkündürmü? Şəhərin mərkəzində yaşayaraq özünə məxsus bağçaya sahib olmaq çoxlarının arzusudur. Məhz buna görə bağçalı mənzillər son illər alıcıların ən çox maraq göstərdiyi seçimlərdən birinə çevrilib.

"City Garden Narimanov" layihəsi daha bir uğura imza atdı!

"City Garden Narimanov" layihəsi daha bir uğura imza atdı!

"Kristal"ın "City Garden Narimanov" layihəsi Green Project Management (GPM) Global tərəfindən təqdim edilən GPM360 beynəlxalq mükafatına layiq görülüb!

"City Garden Narimanov"da premium mənzillər 20 ilədək ipoteka imkanı ilə - "Kristal"

"City Garden Narimanov"da premium mənzillər 20 ilədək ipoteka imkanı ilə - "Kristal"

"Kristal”ın premium yaşayış konsepsiyasını yeni səviyyəyə daşıyan "City Garden Narimanov” layihəsi Bakının mərkəzində yerləşən unikal yaşayış kompleksidir. 17 hektardan artıq geniş yaşıllıq zonası, müasir memarlıq həlləri, zəngin infrastruktur və tam təmirli mənzilləri ilə layihə şəhər həyatının ritmini yüksək komfort və premium yaşam tərzi ilə bir araya gətirir.

icon