Loading...

18 Nov 2025

Təmirində qlobal markalar istifadə edilən mənzillər “Kristal”da!

“Kristal” inşa etdiyi layihələrin təmir-tikinti keyfiyyətini artırmaq üçün beynəlxalq standartlara uyğun qlobal markalardan istifadə edir. Bu seçim sakinlərin rahatlığının, təhlükəsizliyinin və mənzillərin uzunmüddətli davamlılığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Amerika markası “Guardian Glass” pəncərə şüşələri

Mənzilin pəncərə şüşələrinin düzgün seçilməsi binanın həm estetikliyini, həm də enerji səmərəliliyini artırır və büdcəyə qənaət etmək üçün şərait yaradır. “Guardian Glass” pəncərə şüşələri temperatur izolyasiya xüsusiyyəti sayəsində mənzildaxili temperaturu qoruyur. Səs izolyasiya xüsusiyyəti isə kənar səs-küyün mənzilə daxil olmasının qarşısını alır. Yüksək şəffaflığa malik bu şüşələr gün işığının mənzilə daha çox daxil olmasını təmin edir. Əsk etdirmə xüsusiyyəti isə mənzilə daxil olan zərərli günəş şüalarının qarşısını alır. Fasad izolyasiya ilə birlikdə “Guardian Glass” pəncərə şüşələrinin istifadəsi enerjiyə 45%-dək qənaət etmək fürsəti yaradır.

Yaponiya markası “Mitsubishi” liftləri

Lift sənayesində təhlükəsizlik əsas prioritetdir. “Mitsubishi” liftləri sənaye standartlarını qabaqlayan təhlükəsizlik texnologiyaları ilə təchiz edilmişdir. Həmçinin şirkət ətraf mühitə təsirini minimuma endirmək üçün ekoloji cəhətdən təmiz materiallardan istifadəyə üstünlük verir. Buna görə də sakinlər Mitsubishi liftlərindən inamla istifadə edə bilərlər. Sürətli daşınma, səs-küysüz işləmə, ağıllı lift həlləri, enerji səmərəliliyi “Mitsubishi” liftlərinin əsas üstünlüklərindəndir.

Almaniya istehsalı “Grohe” hamam aksesuarları

“Grohe” keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. “Grohe” hamam aksesuarları cızıqlara, ləkələnməyə və korroziyaya davamlı, gündəlik istifadəyə yararlıdır. Asan quraşdırılma texnologiyası və sudan səmərəli istifadə bu markanın üstünlüklərindəndir. Premium materiallardan istifadəsi, dəqiq mühəndislik həlləri bu məhsulların uzunömürlü olmasını təmin edir. Bununla da “Grohe” hamam aksesuarları uzun illər sizə xidmət edəcək.

İtaliya istehsalı “Gewiss” elektrik açarları və aksesuarları

İtaliya istehsalı olan “Gewiss” üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, “Gewiss” estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir. Yüksək keyfiyyətli materialların istifadəsi, innovativ texnologiyaların tətbiqi “Gewiss” elektrik açarlarının uzun müddət və qüsursuz işləməsini təmin edir.

İtaliya istehsalı “Prysmian” yanmayan kabellər

“Prysmian” kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Ənənəvi elektrik kabelləri yanğına və həddindən artıq istiyə məruz qaldıqda zəhərli qazlar buraxa, alov yaya bilər ki, bu da elektrik yanğınlarının yaratdığı təhlükələri artırır. Qısa qapanmaya qarşı davamlı olan “Prysmian” kabelləri isə yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir. Beləliklə mənzilin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilir.

Konstruksiya və daşıyıcı sistemlər
Layihədə kalon və daşıyıcı hissələrdə armatur birləşmələri xüsusi muftalar vasitəsilə icra edilir. Bu metod armaturun yivli şəkildə tam birləşməsini təmin edir və binanın bütün hündürlüyü boyunca daha dayanıqlı metal karkas strukturu yaradır. Bu texnologiya zəlzələyə davamlılıq baxımından ən müasir və etibarlı həllərdən biri hesab olunur.

Beton işlərində isə ənənəvi taxta qəliblər əvəzinə xaricdən gətirilmiş peşəkar qəlib sistemlərindən istifadə edilir. Bu yanaşma betonun marka keyfiyyətinin stabil qalmasını və ümumi konstruksiyanın daha möhkəm olmasını təmin edir.

Daxili arakəsmə sistemləri
Layihədə ənənəvi kərpic arakəsmələrdən imtina edilərək alçıpan və fibro-sement lövhələr tətbiq edilir. Bu materiallar yüksək səs izolyasiyası yaradır və qonşu mənzillərdən səs keçirmə səviyyəsini minimuma endirir. Eyni zamanda zəlzələ zamanı ağır materialların yaratdığı risklərdən uzaq olmaq üçün daha təhlükəsiz seçim hesab olunur. Təmir zamanı sökülməsi və dəyişdirilməsi də daha praktiktir.

Pəncərə və şüşə sistemləri
Layihədə pəncərələr tam alüminium profillərdən ibarətdir və yanğın təhlükəsizliyi, səs izolyasiyası və davamlılıq baxımından üstünlüklər təqdim edir. Alüminium yanmır, zəhərli qaz buraxmır və uzunömürlüdür.

Şüşələr xaricdən sifariş olunan, arası arqon qazı ilə doldurulmuş premium şüşələrdir. Bu şüşələr günəş radiasiyasını azaldır, enerji səmərəliliyini artırır və mənzildə komfort temperaturun qorunmasına kömək edir.

Elektrik sistemi
Elektrik xəttində İtaliya istehsalı yanmayan “Prysmian” kabellərindən istifadə olunur. Bu kabellər yanğın zamanı tüstü buraxmır, insan sağlamlığı üçün təhlükə yaratmır və həm mənzillərdə, həm də ümumi şaxtalarda yanğına davamlı sistemi təmin edir.

İsitmə sistemi
Bloklarda mərkəzi istilik sistemi quraşdırılmışdır. Bu sistem kombiyə nisbətən daha stabil və komfortlu şəkildə fəaliyyət göstərir, eyni anda su istifadəsi zamanı temperatur dəyişiklikləri baş vermir və ümumi enerji səmərəliliyi daha yüksəkdir.

Daxili dekorasiya materialları
Layihədə yalnız premium brendlərin materiallarından istifadə edilir:

  • Divar kağızları – İtaliya istehsalı “Zambaiti Parati”
  • Döşəmə örtükləri – Almaniyanın aparıcı brendi “Tarkett” natural parket
  • Keramogranitlər – İtaliya istehsalı “Infiniti” premium kolleksiyası

Bu materiallar həm dizayn, həm də davamlılıq baxımından yüksək keyfiyyət standartlarına cavab verir və mənzillərin uzun illər problemsiz istifadəsini təmin edir.

“Kristal” inşası davam edən bütün şəhər layihələrində bu markalardan istifadə edir. Qeyd edək ki, “Guardian Glass” pəncərə şüşələri “City Garden Narimanov” və “Park Yasamal” layihələrində istifadə edilir.

İndi sadəcə 15%-dən ilkin ödəniş, 20 ilədək ipoteka krediti və həmçinin 36 ayadək daxili kredit ilə “Kristal” layihələrində tam təmirli və çıxarışlı mənzil sahibi ola bilərsiniz. Yuxarıda qeyd edilən markalar haqqında daha geniş məlumat almaq üçün satış ofisinə yaxınlaşa bilərsiniz.

*1544

kristal.az

"Kristal" bayramda da xidmətinizdədir – faizsiz kreditlə mənzil fürsətini qaçırmayın!

"Kristal" bayramda da xidmətinizdədir – faizsiz kreditlə mənzil fürsətini qaçırmayın!

"Kristal" bayramda da xidmətinizdədir – faizsiz kreditlə mənzil fürsətini qaçırmayın!

Nərimanovda premium təmirli, hazır mənzillərin satışı davam edir - "Kristal!"

Nərimanovda premium təmirli, hazır mənzillərin satışı davam edir - "Kristal!"

Nərimanovda premium təmirli, hazır mənzillərin satışı davam edir - "Kristal!"

"City Garden Narimanov" layihəsi daha bir uğura imza atdı!

"City Garden Narimanov" layihəsi daha bir uğura imza atdı!

"Kristal"ın "City Garden Narimanov" layihəsi Green Project Management (GPM) Global tərəfindən təqdim edilən GPM360 beynəlxalq mükafatına layiq görülüb!

icon