“Kristal”ın “Park Yasamal” layihəsində ən son tikinti texnologiyalarından biri olan ventilyasiyalı fasad sistemi tətbiq edilir. Bu sistem binanın həm estetik görünüşünü formalaşdırır, həm də onun uzunömürlülüyünü təmin edir.
Ventilyasiyalı fasadın əsas xüsusiyyəti divar ilə üzlük arasında hava boşluğunun olmasıdır. Bu, binanın “nəfəs almasına” imkan verir, rütubət və kifin qarşısını alır. Nəticədə, bina daha davamlı olur, daxili mühitdə rütubət balansı qorunur və sakinlər üçün sağlam yaşayış şəraiti yaradılır.
Sistem həmçinin istilik və səs izolyasiyasını yüksək səviyyədə təmin edir. Qışda mənzillər isti, yayda isə sərin qalır, bu isə kommunal xərclərdə 40%-ə qədər qənaət deməkdir. Şəhərin səs-küylü mühitində belə, sakinlər evlərində sakit və komfortlu atmosferdən zövq alırlar.
Layihədə tətbiq edilən bu müasir fasad texnologiyası barədə daha ətraflı məlumat üçün videoçarxa keçid edin: LİNK
Mənzil satışları isə “Park Yasamal”da sürətlə davam edir!
Layihədə 37,86 m²-dən 120,47 m²-ə qədər, 2, 3 və 4 otaqlı, həmçinin studiya tipli mənzillər satışdadır. Mənzillər həm hazır şəkildə, həm də bünövrə mərhələsindən təklif olunur. Bu yanaşma alıcılara büdcələrinə uyğun seçim imkanı və istədikləri mərhələdə investisiya etmə fürsəti yaradır.
Satış şərtləri çox sadədir:
-
20 ilədək ipoteka və ya daxili kredit,
-
Cəmi 15%-dən başlayan ilkin ödənişlə mənzil sahibi olmaq imkanı!
Yasamal rayonunda yerləşən layihə əlverişli nəqliyyat mövqeyi, məktəb, uşaq bağçası, ticarət və istirahət obyektlərinə yaxınlığı ilə seçilir. Burada sakinlərin rahatlığı üçün həyət infrastrukturu, uşaq oyun meydançaları və geniş yaşıllıq zonası yaradılır.
Beləliklə, “Park Yasamal” layihəsində siz gözəl mənzil sahibi olmaqla yanaşı, həm də etibarlı, enerjiyə qənaətli və müasir yaşayış məkanı əldə edirsiniz.
Ətraflı məlumat və mənzil seçimi üçün *1544 nömrəsinə zəng edə və ya layihənin satış ofisinə yaxınlaşa bilərsiniz.
Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi
*1544
Biləcəridə 22 397 AZN ilkin ödənişlə mənzil sahibi olun - "Kristal"!
Sərfəli şərtlərlə, tam təmirli mənzil axtarırsınızsa doğru ünvandasınız!
Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı – ƏTRAFLI
Mənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biri də yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı və lokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilin üstünlüyü isə sadədir: nə tikintinin tamamlanmasını gözləyirsən, nə də gələcək görünüşünü təsəvvür etməyə çalışırsan – mənzili görür, bəyənir və seçimini edirsən.
“City Garden Narimanov” yeni satış ofisinin açılışı baş tutub - Bakının yeni premium həyat mərkəzi
Bakı şəhərinin prestijli yaşayış komplekslərindən biri olan “City Garden Narimanov” layihəsinin yeni satış ofisinin təqdimat tədbiri keçirilib.