Tikinti sektorunda etibarı və keyfiyyəti ilə seçilən "Kristal" və peşəkar daşınmaz əmlak həlləri təqdim edən "REA" Daşınmaz Əmlak Agentliyi əməkdaşlığa imza atıb.
Bu əməkdaşlıq çərçivəsində "REA", "Kristal"ın tikintisi və təhvili tamamlanmış layihələrindəki mənzil və kommersiya obyektlərinin satışı və icarəsi istiqamətlərində xidmət göstərəcək. Bu, hər iki tərəfin müştərilərinə daha geniş seçim imkanı yaradır.
"Kristal"ın Bakı, Sumqayıt və Xırdalanda yerləşən genişmiqyaslı layihələrindəki mənzillər və müxtəlif təyinatlı kommersiya obyektləri strateji yerləşmə, inkişaf etmiş infrastruktur və gəlirli investisiya potensialı ilə seçilir.
Layihələrdəki kommersiya obyektləri müasir infrastruktur, əlverişli yerləşmə və yüksək inkişaf perspektivi ilə həm bugünkü biznes ehtiyaclarına, həm də gələcəyin uğurlu investisiya planlarına cavab verir. Strateji yerləşmə, intensiv piyada və nəqliyyat axını, müxtəlif kvadratura və plan seçimləri, geniş vitraj şüşələr isə həm görünürlüyü, həm də funksionallığı artıraraq satış, xidmət və xüsusi konseptli fəaliyyət növləri üçün əlavə üstünlüklər yaradır.
Bu əməkdaşlıq eyni zamanda "Kristal" sakinləri üçün əlavə imkanlar yaradır. Mənzilini satmaq və ya kirayəyə vermək istəyən sakinlər, habelə qeyri-yaşayış obyektinin sahibi olan investorlar "REA" vasitəsilə bu prosesi rəsmi və etibarlı şəkildə həyata keçirə biləcəklər. Bundan əlavə, "Kristal"ın təhvili tamamlanmış yaşayış komplekslərində mənzil və ya obyekt axtaranlar artıq həm "Kristal"a, həm də "REA"ya müraciət edə biləcəklər.
"REA" bu əməkdaşlıq çərçivəsində müştərilərə seçimdən sənədləşməyə qədər kompleks məsləhət xidməti təqdim edəcək.
Ətraflı: *1544
"Kristal"dan aylıq ödəniş öhdəliyi olmadan ev sahibi olmaq imkanı
İlkin ödəniş və aylıq kredit öhdəliklərinə görə mənzil almaq istəyini təxirə salanlar üçün sevindirici xəbər var!
Nərimanovda mənzil almaq istəyənləri nələr gözləyir?
Bir vaxtlar mənzil seçərkən əsas sual “ev neçə kvadratdır?” idisə, indi alıcıların diqqət etdiyi məqamlar daha da genişlənib. Evə nə qədər vaxta çatmaq, yaxınlıqda hansı imkanların olması, uşaqlar üçün məktəb və istirahət məkanlarının mövcudluğu da seçimə təsir edir.
"Kristal" parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
"Kristal" və "HARO" şirkəti arasında memorandum imzalanıb.