Bu mənzillərdə həm müasir texnologiyaların, həm də yüksək komfortun fərqini hiss edəcəksiniz!
"Kristal" inşa etdiyi binalarda alüminium pəncərə sistemləri ilə sakinlərə həm istilik, həm də səs izolyasiyası baxımından əlavə rahatlıq təqdim edir. Bu sistemlərdə istifadə olunan arqon qazlı şüşələr yayda günəşin istisini içəri buraxmır, qışda isə evin istiliyini qoruyur. Nəticədə, kondisioner və istilik xərclərində real qənaət əldə edilir.
Şüşələrin 60 faiz işıq keçiriciliyi sayəsində mənzillər təbii işıqla dolu və parlaq olur. Üstəlik, bu sistem uzunömürlüdür, uzun illər sonra belə izolyasiya xüsusiyyətini demək olar ki, itirmir.
Pəncərələrdə istifadə olunan alüminium profillər həm möhkəmliyi, həm də zamana qarşı dayanıqlılığı ilə fərqlənir. Rəng dəyişmir, paslanmır, deformasiya olunmur.
Çoxqatlı və laminə şüşələrlə birlikdə 45–50 dB səviyyəsində səs izolyasiyası təmin olunur. Şirkətin təqdim etdiyi yeni videoçarxda bu texnologiyanın üstünlüklərini geniş şəkildə izləyə bilərsiniz:
https://youtu.be/VWFrWNkzaSM
"Kristal" 22 ildir ki, şəhərin müxtəlif ərazilərində inşa etdiyi binalarda mənzil satışlarını davam etdirir. Layihələr həm yerləşmə baxımından əlverişli, həm də sakinlərə təqdim etdiyi imkanlarla seçilir.
Ətraf yollarla rahat inteqrasiya, əsas nəqliyyat qovşaqlarına yaxınlıq və geniş infrastruktur gündəlik gediş-gəlişi xeyli asanlaşdırır. Burada 38 m²-dən 158 m²-dək müxtəlif planlamalı 1, 2, 3, 4 otaqlı və studiya mənzillər satışdadır.
Bütün mənzillər tam təmirli təhvil verilir, hazırda həm yaşayışa hazır, həm də tikintisi davam edən seçimlər mövcuddur. Satış şərtləri isə olduqca rahatdır: 36 ayadək daxili kredit imkanı və 20 ilədək ipoteka.
Daha ətraflı məlumat üçün satış ofislərinə yaxınlaşaraq mənzillər, satış şərtləri və texnoloji üstünlüklərlə yaxından tanış ola bilərsiniz. Qeyd edək ki, satış ofislərimiz 8, 9, 10, 11 noyabr bayram günlərində də işləyir.
Ətraflı məlumat üçün:
Əlaqə nömrəsi: *1544
"Kristal" və "Landau Education Group" arasında əməkdaşlıq memorandumu imzalanıb!
"Kristal" və "Landau Education Group" arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında təhsil və infrastruktur sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanda müasir təhsil infrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.
İnvestisiya üçün obyekt axtaranların nəzərinə - Bu əraziləri nəzərdən keçirin
Bu gün aldığın daşınmaz əmlak sabah nə qədər dəyərlənəcək?
“City Garden Narimanov”da yeni mərhələ satışda – Faizsiz kredit və ipoteka imkanları!
"Kristal"ın Bakının ən genişmiqyaslı premium yaşayış layihələrindən biri olan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verilib. Alıcılar ilk mərhələsi uğurla tamamlanaraq istifadəyə verilən meqa yaşayış kompleksinin davamı olan yeni mərhələdə mənzil sahibi olmaq imkanı əldə edirlər. Yeni mərhələdə 2 otaq studiyadan 4 otaqlıya qədər geniş sahə seçimləri üzrə mənzillər faizsiz kredit və ipoteka imkanları ilə təklif olunur.