“Kristal” 20 yaşını qeyd edir. Yubiley tədbiri may ayının 26-sı “Gülüstan sarayı”nda “Kristal”un kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbir “Kristal” şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin çıxışı ilə başlayıb.
Mahayət Nəbiyev çıxışında Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatına xüsusi ilə tikinti sektorunun inkifaşına göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu diqqətin bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Mahayət Nəbiyev şirkətin 20 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlər və gələcək hədəfləri haqqında məlumat verib, bu dövr ərzində şirkətin tərəfdaşı olan özəl və dövlət qurumlarına öz təşəkkürünü bildirib.
Yubiley tədbiri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Deputat Tahir Mirkişili, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli və Türkiyənin məhşur Aslı Mimarlık şirkətinin sahibi Hüseyn Tonguç Özcanın çıxışları ilə davam edib.
Daha sonra qala gecəsi xüsusi dəvət olunmuş musiqiçilərin ifaları və şou proqramları ilə davam edib.
Qeyd edək ki 2003-cü ildən öz uğurlu fəaliyyətinə başlamış "Kristal" şirkəti bugünə qədər etibarlılıq, dürüstlük və keyfiyyət kimi dəyərlərə əsaslanaraq bir çox böyük layihələrə imza atıb.

Ayda 965 AZN ödəməklə "Biləcəri" layihəsində öz mənziliniz olsun - "Kristal!"
"Kristal"ın Biləcəridə inşa etdiyi müasir və funksional yaşayış kompleksi həm əlverişli yerləşməsi, həm də sərfəli satış şərtləri ilə diqqət çəkir.

Cəmi 20% ilkin ödənişlə "Park Yasamal"da tam təmirli mənzil sahibi olun - "Kristal"!
Yasamalda tam təmirli mənzil axtarırsınız? Üstəlik, faizsiz və komissiyasız?

Yasamalda yeni mənzil sahibi olmaq istəyirsiniz? - “Kristal”la bu çox asandır!
“Kristal” Yasamal rayonunda yerləşən Park Yasamal layihəsində yeni mənzillərin satışına start verib. Yaşayış kompleksi şəhərin mərkəzinə yaxın, Yasamal rayonunda 3 saylı “ASAN xidmət” mərkəzi və Bayraq parkının yaxınlığında yerləşir. Park Yasamalda satışı başladılan yeni mənzillər hər kəs üçün əsl fürsətdir,çünki burada 2, 3, 4 otaqlı və studiya tipli mənzillər mövcuddur.