Loading...

11 Sep 2026

İnvestisiya üçün obyekt axtaranların nəzərinə - Bu əraziləri nəzərdən keçirin

Bu gün aldığın daşınmaz əmlak sabah nə qədər dəyərlənəcək?

İnvestisiya haqqında düşünəndə ən vacib suallardan biri budur: bu gün seçdiyin aktiv gələcəkdə sənə nə qazandıracaq? Düzgün lokasiyada və düzgün seçimlə alınan əmlakın zaman keçdikcə dəyərinin artması potensialı var. Xüsusilə kommersiya məqsədli daşınmaz əmlakda obyektin yerləşdiyi ərazi, ətrafdakı yaşayış fondu, potensial müştəri sayı və həmin məkanda hansı biznesin fəaliyyət göstərə biləcəyi investisiya qərarında mühüm rol oynayır.

Məhz bu baxımdan “Kristal İnvest” daşınmaz əmlaka investisiya etmək istəyənlər üçün müxtəlif seçimlər təqdim edir. Bütün “Kristal” layihələrində qeyri-yaşayış obyektləri üçün seçimlər mövcuddur. Sahələrin ölçülərinin fərqli olması isə investisiya və biznes məqsədindən asılı olaraq daha uyğun variant seçməyə imkan verir.

“Kristal”ın daşınmaz əmlak sektorundakı fəaliyyəti 2003-cü ildən başlayır. Bu illər ərzində Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 30-dan artıq yaşayış kompleksi sakinlərə təhvil verilib. Hazırda isə şirkət 11 genişmiqyaslı layihə üzərində çalışır.

Nərimanov, Yasamal, Xətai, Bayıl, Biləcəri, Sumqayıt və Xırdalan kimi əraziləri əhatə edən bu layihələr geniş yaşayış fondu ilə yanaşı, gündəlik tələbat yaradan kommersiya imkanları ilə də diqqət çəkir.

Bu baxımdan “City Garden Narimanov”, “Park Yasamal” və “Highland Residence” xüsusilə seçilir. “City Garden Narimanov” 13 binadan ibarətdir və burada 90-548,58 m² kommersiya sahələri, geniş mənzil fondu və minlərlə gündəlik potensial müştəri axını mövcuddur. “Park Yasamal” isə on minlərlə sakini, geniş yaşayış fondu və 98-2200 m² kommersiya sahələri ilə fərqlənir. “Gənclik” parkının yanında yerləşən “Highland Residence”də isə 61,5-1000 m² aralığında kommersiya sahələri və geniş müştəri potensialı təqdim olunur.

“Kristal İnvest”in müxtəlif layihələrdə təqdim etdiyi qeyri-yaşayış obyektləri də məhz bu yanaşma ilə seçim etmək istəyənlər üçün fərqli imkanlar yaradır. İstər hazır biznes üçün məkan, istər gələcəkdə istifadə etmək, istərsə də daşınmaz əmlak portfelinə kommersiya obyekti əlavə etmək istəyənlər üçün müxtəlif sahə və lokasiya seçimləri mövcuddur.

Sən də investisiyanı yalnız bu gün üçün deyil, gələcək dəyəri üçün düşünürsənsə, şirkətə müraciət et. Satış şərtləri və mövcud qeyri-yaşayış obyektləri haqqında ətraflı məlumat üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544-ə zəng edə bilərsən.

Ətraflı: *1544

kristal.az

"Park Yasamal"da 17 min manat ilkin ödənişlə - 2 otaq studiya mənzil sahibi ola bilərsiniz

"Park Yasamal"da 17 min manat ilkin ödənişlə - 2 otaq studiya mənzil sahibi ola bilərsiniz

Bakıda rahat, keyfiyyətli və sərfəli şərtlərlə mənzil axtaranlar üçün yaxşı xəbər var: "Park Yasamal" yaşayış kompleksində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir!

"City Garden Narimanov"da premium mənzillər, prestijli ünvan və müxtəlif ödəniş şərtləri səni gözləyir - "Kristal!"

"City Garden Narimanov"da premium mənzillər, prestijli ünvan və müxtəlif ödəniş şərtləri səni gözləyir - "Kristal!"

Yeni mənzil alarkən insanı ən çox düşündürən məsələ keyfiyyətdir. Çünki bu seçim illərlə yaşayacağın mühiti müəyyən edir. "Kristal"ın "City Garden Narimanov" layihəsi bu detallara xüsusi önəm verən layihələrdəndir.

"Kristal" və İtaliyanın "Zambaiti Parati" brendi əməkdaşlığı yeni mərhələyə daşıyan memorandum imzalayıb!

"Kristal" və İtaliyanın "Zambaiti Parati" brendi əməkdaşlığı yeni mərhələyə daşıyan memorandum imzalayıb!

Memorandum "Zambaiti Parati" şirkətinin Group CEO-su Davide Zambaiti və Kristalın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən imzalanıb.

icon