Loading...

20 May 2026

"City Garden Narimanov"da premium mənzillər 20 ilədək ipoteka imkanı ilə - "Kristal"

"Kristal”ın premium yaşayış konsepsiyasını yeni səviyyəyə daşıyan "City Garden Narimanov” layihəsi Bakının mərkəzində yerləşən unikal yaşayış kompleksidir. 17 hektardan artıq geniş yaşıllıq zonası, müasir memarlıq həlləri, zəngin infrastruktur və tam təmirli mənzilləri ilə layihə şəhər həyatının ritmini yüksək komfort və premium yaşam tərzi ilə bir araya gətirir.

Şəhərin əsas nöqtələrinə yaxın yerləşməsi ilə seçilən "City Garden Narimanov” sakinlərinə həm dinamik şəhər həyatını, həm də təbiətlə harmoniyada rahat və prestijli yaşam imkanını təqdim edir.

Kompleks "N.Nərimanov” metro stansiyasından cəmi 720 metr məsafədə, "Heydər Əliyev” prospektinə yaxın ərazidə, ümumilikdə 21 hektarlıq sahədə inşa olunur. Burada hazır və tikilməkdə olan 2, 3, 4 otaqlı mənzillərlə yanaşı, studiya tipli mənzillər də mövcuddur. Mənzillər Avropa standartlarına uyğun premium təmirli şəkildə təhvil verilir, bəzi mənzillərdə isə şəxsi bağça imkanı olan eksklüziv seçimlər mövcuddur.

Maliyyələşmə baxımından layihədə rahat şərtlər təqdim olunur: Hazır mənzillər üçün ilkin ödəniş 30%, tikintisi davam edən mənzillər üçün isə 20% olmaqla, 20 ilədək ipoteka imkanı təqdim olunur. Bundan əlavə, 30% ilkin ödənişlə 36 ayadək daxili kreditdən də yararlana bilərsən.

Tikinti keyfiyyəti isə layihənin ən güclü tərəflərindən biridir. Burada beton pərdə sistemi, tava tipli bütöv təməl və 12 metr dərinliyə enən möhkəm beton dayaqlar tətbiq olunur. Ən vacib fərqlərdən biri armatur birləşmələrində istifadə olunan müasir mufta texnologiyasıdır. Bu sistemdə armatur hissələri birbaşa bir-birinə birləşdirilir və yük poladdan-polada ötürülür. Nəticədə konstruksiya daha dayanıqlı olur və xüsusilə zəlzələ zamanı daha etibarlı davranır.

Kompleksdə daxili təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunur: Almaniyanın "HARO”parketi, İtaliya istehsalı "GEWISS” elektrik sistemi, "Prysmian” yanmayan kabellər, "GROHE” sanitar avadanlıqları, "Zambaiti Parati” divar örtükləri və "Infinity” keramoqranitlər. Bütün mənzillər işıqlı və geniş planlama ilə dizayn edilib, yerdən tavana qədər panoramik pəncərələr isə məkanlara açıq və rahat atmosfer bəxş edir. Səs və istilik izolyasiya sistemləri isə maksimum komfort üçün xüsusi olaraq tətbiq olunub.

Layihənin ən böyük üstünlüklərindən biri 17,3 hektarlıq geniş yaşıllıq sahəsidir. Burada 3 km yürüş, 1,5 km velosiped və qaçış zolaqları, həmçinin futbol, basketbol və tennis meydançaları, açıq hava fitness zonası və istirahət məkanları sakinlərin istifadəsinə verilib. Dekorativ hovuzlar, piknik və istirahət zonaları isə şəhər içində sakit və balanslı həyat mühiti yaradır.

Təbiət və şəhər həyatını birləşdirən "City Garden Narimanov” müasir, rahat və premium yaşam axtaranlar üçün ideal seçimdir.

Əgər sən də vaxt itirmədən yeni evinə köçmək istəyirsənsə, qərarı çox gecikdirmədən layihənin satış ofisinə yaxınlaşa və ya*1544nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərsən.

Ətraflı:*1544 və ya 050 293 10 10

Ünvan:Nərimanov rayonu, Xəzri küçəsi

kristal.az

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!

Bayram günlərini yalnız istirahət deyil, həm də gələcəyin üçün doğru seçim etmək fürsətinə çevir. “Kristal”ın bütün satış ofisləri bayram günlərində də fəaliyyətini davam etdirərək müştərilərinə geniş layihə seçimi, sərfəli satış şərtləri və peşəkar xidmət təqdim edir.

"Kristal"ın Nəsimidə inşa etdiyi prestijli layihə – "Royal Residence"

"Kristal"ın Nəsimidə inşa etdiyi prestijli layihə – "Royal Residence"

"Kristal"ın premium "Royal Residence" layihəsində təmirə hazır mənzillərin satışı elan olunub! "Kristal"ın paytaxtın prestijli ərazilərindən biri olan Nəsimi rayonunda həyata keçirdiyi "Royal Residence" layihəsi müasir şəhər həyatına yeni baxış gətirir. Komfort, təhlükəsizlik və memarlıq estetikasını bir araya gətirən layihə sakinlərinə şəhərin mərkəzində yüksək həyat standartları təqdim edir.

“City Garden Narimanov” yeni satış ofisinin açılışı baş tutub - Bakının yeni premium həyat mərkəzi

“City Garden Narimanov” yeni satış ofisinin açılışı baş tutub - Bakının yeni premium həyat mərkəzi

Bakı şəhərinin prestijli yaşayış komplekslərindən biri olan “City Garden Narimanov” layihəsinin yeni satış ofisinin təqdimat tədbiri keçirilib.

icon