Bakı şəhərinin prestijli yaşayış komplekslərindən biri olan “City Garden Narimanov” layihəsinin yeni satış ofisinin təqdimat tədbiri keçirilib. 21 illik təcrübəsi və inşa etdiyi 30-dan çox layihəsi ilə inşaat və daşınmaz əmlak sektorunda nüfuz qazanmış “Kristal”ın bu tədbiri böyük maraqla qarşılanıb.
Tədbir “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin çıxışı ilə başlayıb. Mahayət Nəbiyev çıxışı zamanı inşa etdikləri bu premium layihənin əsas xüsusiyyətləri barədə qonaqlara qısa məlumat verib, “City Garden Narimanov”un müasir şəhərsalma tələblərinə uyğun olaraq hazırlandığını vurğulayıb.
Daha sonra layihənin mühəndisi çıxış edərək tikinti prosesi və keyfiyyəti barədə danışıb. O, binanın tikintisində Avropa standartlarına uyğun materiallardan istifadə edildiyini və inşaatın yüksək təhlükəsizlik qaydalarına riayət olunaraq həyata keçirildiyini bildirdi. Xüsusilə, layihədə istifadə olunan beton qəlibləri və kupler sisteminin binanın möhkəmliyini təmin etmək üçün vacib addımlar arasında olması qeyd olundu.
Açılış tədbiri şirkət nümayəndəsinin çıxışı ilə davam edib. O, qonaqlara layihənin təmir keyfiyyəti, geniş landşaftı və əlverişli yerləşməsi ilə bağlı məlumat verib, “City Garden Narimanov”da ekoloji davamlılığın əsas prioritetlərdən olduğunu qeyd edərək günəş panelləri və tullantıların çeşidlənməsi kimi ekoloji həllərin tətbiq olunduğunu vurğulayıb.
Tədbirin rəsmi hissəsindən sonra satış nümayəndələri qonaqların suallarını cavablandıraraq layihənin maketi üzərində detallı izahlar verdilər və gələcək sakinləri layihə ilə daha yaxından tanış etdilər. Açılış tədbiri musiqili qeyri-rəsmi hissə ilə davam etdirilib.
Qeyd edək ki, hazırda “City Garden Narimanov” layihəsində binaların tikintisi artıq başa çatıb və mənzillərin təmiri sürətlə davam etdirilir. Siz də Bakı şəhərinin incisi hesab olunmağa namizəd bu premium layihədə mənzil sahibi olmaq istəyirsinizsə, satış ofisinə yaxınlaşaraq layihənin cari vəziyyəti və nümunə mənzillərlə bilavasitə tanış ola bilərsiniz.
Ətraflı:
*1544 / 050 293 10 10

Nərimanovda faizsiz kreditlə premium mənzillər - “Kristal”
Nərimanovda faizsiz kreditlə premium mənzillər - “Kristal”

Biləcəridə yeni mənzil satışları başladı: ayda cəmi 918AZN ödənişlə - "Kristal!"
"Kristal" "Biləcəri" yaşayış kompleksində yeni, məhdud sayda mənzilləri satışa çıxardı!

Yasamalda yeni mənzil sahibi olmaq istəyirsiniz? - “Kristal”la bu çox asandır!
“Kristal” Yasamal rayonunda yerləşən Park Yasamal layihəsində yeni mənzillərin satışına start verib. Yaşayış kompleksi şəhərin mərkəzinə yaxın, Yasamal rayonunda 3 saylı “ASAN xidmət” mərkəzi və Bayraq parkının yaxınlığında yerləşir. Park Yasamalda satışı başladılan yeni mənzillər hər kəs üçün əsl fürsətdir,çünki burada 2, 3, 4 otaqlı və studiya tipli mənzillər mövcuddur.