Loading...

19 Nov 2025

36 ayadək faizsiz, daxili kreditlə "City Garden Narimanov"da premium mənzil sahibi olun - "Kristal!"

Rahatlıq, keyfiyyət və premium yaşayış standartlarını bir araya gətirən "City Garden Narimanov" layihəsi hazırda mənzilləri faizsiz daxili kreditlə təklif edir. Kompleksdə hazırda faizsiz daxili kreditlə mənzil satışları davam edir, bu da alıcılara həm əlçatan şərtlərlə, həm də dəyəri daim artan layihədə investisiya etmək imkanı yaradır.

"Nəriman Nərimanov" metrostansiyasına cəmi 5 dəqiqəlik məsafədə yerləşən bu meqa layihə 57,21 m²-dən 169,74 m²-dək 2, 3, 4 otaqlı və studiya mənzil seçimləri, həm təhvilə yaxın, həm də tikintisi davam edən mənzillərlə müxtəlif üstünlüklər təqdim edir.

Təhvilə yaxın mənzillər dərhal yaşayış və ya kirayə gəliri imkanı yaradırsa, tikintisi davam edən mənzillər daha sərfəli şərtlərlə uzunmüddətli dəyər qazandıran seçim təklif edir.

Ətraf yollarla rahat inteqrasiya, xüsusilə Şəki dairəsindən çəkilən yeni yolun istifadəyə verilməsi gündəlik gediş-gəlişi xeyli asanlaşdırır. "City Garden Narimanov"da bütün mənzillər Avropa brendləri ilə premium səviyyədə təmirli şəkildə təhvil verilir və bu, alıcını əlavə təmir xərclərindən tam azad edir.

Layihədə planlama alıcı üçün maksimum itkisiz və optimaldır. Tikinti prosesində zəlzələyə davamlı Avropa istehsalı muftalı armatur birləşmələri, xüsusi xarici qəliblər, yanğına davamlı alüminium pəncərə sistemi, arqon qazlı premium şüşələr, İtaliya istehsalı yanmayan "Prysmian" elektrik kabelləri və səs-keçirməz alçıpan və fibro-sement arakəsmələrdən istifadə olunması layihənin keyfiyyətini artırır, həm təhlükəsizlik, həm də uzunömürlülük baxımından ciddi üstünlük yaradır.

Yeni nəsil səs və istilik izolyasiya sistemi enerjiyə qənaəti artıraraq qışda qaza olan tələbatı təxminən 2 dəfə azaldır. Kompleks daxilində 2 məktəb (özəl və dövlət), 2 bağça, böyük əyləncə mərkəzi, müasir klinika, "Mall", fitness, qapalı hovuz, açıq hava kinoteatrı və 40-dan çox ticarət və iaşə obyektinin fəaliyyət göstərəcək olması sakinlərin gündəlik ehtiyaclarını bir ünvanda təmin edir. Parkinq problemi də tam həll olunub, həm açıq, həm də qapalı avtodayanacaq mövcuddur.

Mənzillər 20 illik ipoteka və ya 36 ayadək faizsiz daxili kreditlə təqdim olunur. Şəhərin mərkəzində premium yaşamın bir parçası olmaq istəyən hər kəs satış ofisinə yaxınlaşa və ya *1544-ə zəng edərək ətraflı məlumat ala bilər.

Ətraflı: *1544 / 050 293 10 10

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

kristal.az

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

Böyük şəhərlərdə yaşayış rahatlığını müəyyən edən əsas amillərdən biri də mənzilin rahatlığı ilə yanaşı, onun ətraf mühitidir. Son dövrlərdə uşaqların oynaya biləcəyi, ailənin dincələ biləcəyi, təbiətə yaxın, təhlükəsiz və funksional həyət mühiti insanların ən böyük istəklərindən birinə çevrilib.

Mənzil axtarırsınız? "City Garden"də faizsiz kredit imkanı ilə premium mənzillər sizi gözləyir - "Kristal!"

Mənzil axtarırsınız? "City Garden"də faizsiz kredit imkanı ilə premium mənzillər sizi gözləyir - "Kristal!"

"Kristal"ın "City Garden Narimanov" layihəsində 36 ayadək faizsiz, daxili kredit imkanı ilə premium mənzillərinin satışı davam edir. "N.Nərimanov" metro stansiyasından qısa məsafədə yerləşən layihə sakinlərinə əlverişli yerləşmə, müasir standartlar və yüksək tikinti keyfiyyəti ilə seçilən yaşayış məkanı təqdim edir.

"Kristal" binalarında işıq və istilik balansını qoruyan müasir pəncərə sistemləri tətbiq olunur!

"Kristal" binalarında işıq və istilik balansını qoruyan müasir pəncərə sistemləri tətbiq olunur!

Bu mənzillərdə həm müasir texnologiyaların, həm də yüksək komfortun fərqini hiss edəcəksiniz!

icon