Loading...

5.4.2026

Əmək haqqı mühasibi

Tələblər:

  • Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;
  • Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
  • MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
  • Əməkdaşların davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının cəmlənmiş uçotu cədvəllərini tərtib etmək;
  • Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək;
  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək;
  • Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
  • Vahid rüblük hesabatın (DSMF) və statistika hesabatlarını tərtib etmək;
  • İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək, müvafiq struktur bölmələr arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.).

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • Ünvan - Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əmək haqqı mühasibi” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Application process

To apply, please submit your CV highlighting your qualifications and experience. The recruitment process is conducted confidentially by Kristal.

Application form

CV submitted successfully

icon