Loading...

5.4.2026

Hüquqşünas

Tələblər:

  • Hüquqşünas ixtisası üzrə ali təhsil;
  • Yüksək səviyyədə qanunvericilik biliyi;
  • Sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə yazmaq, fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalı;
  • Rus və İngilis dilini bilən namizədlərə üstünlük verilir;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Departamentin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair araşdırma aparmaq və rəy hazırlamaq;
  • Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına nəzarət etmək;
  • İddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, etiraz, vəsatət və sairə hüquqi sənədləri tərtib etmək;
  • Hüquqi sənədlərin işlənib hazırlanmasında, məktub və sorğulara cavabın hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəy hazırlamaq;
  • Müqavilənin hazırlanması, rəsmiləşdirilməsi, analizinin aparılması aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlərin icrası;
  • Müqavilənin hazırlanması, eləcə də bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək;
  • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada və müddətdə icra etmək;
  • Əlaqədar qurumlarla işləmək.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Hüquqşünas” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Application process

To apply, please submit your CV highlighting your qualifications and experience. The recruitment process is conducted confidentially by Kristal.

Application form

CV submitted successfully

icon